Madridin "Real” klubunun futbolçusu Kriştiano Ronaldo gələcək karyerası haqqında danışıb.
7News.Az xəbər verir ki, İspaniyanın "AS" qəzetinə açıqlama verən təcrübəli futbolçu karyerasını hansı klubda bitirmək istədiyini və karyerasını bitirəcəyi vaxtı açıqlayıb: "40 yaşıma qədər futbol oynamaq niyyətindəyəm. Karyeramı "Real”da başa vurmaq istəyirəm. Burada çox xoşbəxtəm və hədəflərimə çatmaq üçün çox çalışacağam".
Ulduz futbolçu Portuqaliya milli komandası ilə birgə Fransada təşkil olunacaq Avropa çempionatında iştirak edəcək. O, millinin şansları haqqında danışarkən bunları deyib: "Real”la Çempionlar Liqasını qazandığımız üçün çox xoşbəxtəm. Bu dəqiqə Avropa çempionatı haqqında düşünürəm. Xalqımızın haqq etdiyi kuboku qazanaraq Portuqaliyanı sevindirmək istəyirik".








