RU
Ronaldo bu dəfə Türkiyədə qan verəcək
14:55
988

Ronaldo bu dəfə Türkiyədə qan verəcək

"Real Madrid"in portuqaliyalı ulduzu Kriştiano Ronaldo Türkiyəyə gedəcək.

7News.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, tez-tez xeyriyyə tədbirlərinə və kampaniyalarına qatılan futbolçu bu dəfə "Türk Kızılay" dərnəyinin gündəmindədir. Dərnək Dubayda qanvermə aksiyasına qatılan və kampaniyada 30 faiz artıma səbəb olan Ronaldonu tezliklə ölkəyə gətirmək istəyir.

"Kızılay" Avropa çempionatının final günündən sonra bu haqda ilk açıqlamanı vermişdi. Uıduz futbolçunun Türkiyəyə gəlişi iyulun 15-ə kimi dəqiqləşməliydi, lakin qurum hələ danışıqların getdiyini açıqlayıb:

"Tarixi hələ dəqiqləşdirə bilməmişik. Aramızda ümidverici danışıqlar baş tutdu. Türkiyədəki hərbi qiyam gecəsi olmasaydı, vaxtı dəqiqləşdirəcəkdik".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ