RU
Ronaldo dubl etdi və Portuqaliya növbəti mərhələyə adladı
23:22
1379

Ronaldo dubl etdi və Portuqaliya növbəti mərhələyə adladı

Macarıstan və İslandiya komandaları da 1/8 final mərhələsinə yüksəliblər.

Fransada keçirilən futbol üzrə Avropa çempionatında “F” qrupunun üçüncü turunun oyunları keçirilib.

Lyonun “Stad de Lyon” arenasında Portuqaliya və Macarıstan milliləri 3:3 hesablı heç-heçə oynayıblar. 

Macarların heyətində Zoltan Gera (19-cu dəqiqə) və Balaj Djudjak (47 və 55-ci dəq.) fəqrləniblər. Portuqaliya millisində Kriştianu Ronaldo dubla imza atıb (50 və 62-ci dəq.), daha bir qolu isə Nani (19-cu dəq.) aktivinə yazdırıb.

Bu nəticədən sonra Macarıstan qrup lideri, Portuqaliya isə qrup üçüncüsü kimi 1/8 final mərhələsinə adlayıb.

7news.Az

Paralel keçirilən oyunda İslandiya Avstriyanı 2:1 hesabı ilə məğlub edərək qrup ikinciliyinə yüksəlib.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ