AÇ-2016-nın qrup mərhələsinin F qrupunda qarşılaşan Portuqaliya və Avstriya yığmalarının oyununda hesab açılmayıb - 0:0.
Oyun başa çatan kimi maraqlı hadisə baş verib.
Baş hakim - Nikola Ritsolinin final fitindən sonra meydana azarkeş daxil olub. O, Portuqaliya millisinin ulduz futbolçusu Kristiano Ronaldonun yanına qaçaraq onunla şəkil çəkdirmək istəyib. Təhlükəsizlik işçiləri fanata mane olsalar da, Ronaldo azarkeşlə şəkil çəkdirib.
Daha sonra meydandan uzaqlaşdırılan gənc oğlan Ronaldo ilə görüşüb şəkil çəkdirdiyinə görə sevincindən ağlayıb.
7news.Az










