İnsult keçirən anasını ziyarət etmək üçün mart ayında Portuqaliyaya gedən "Yuventus”un ulduzu Ronaldo İtaliyaya qayıdıb.
7News.Az xəbər verir ki, ulduz futbolçunun şəxsi təyyarəsi dünən gecə saatlarında Turinə eniş edib.
İtaliyaya gedən Ronaldo dərhal karantinə alınıb. 35 yaşlı hücumçunun iki həftə karantində qaldıqdan sonra komanda yoldaşları ilə birlikdə məşqə çıxacağı bildirilir.








