RU
Ronaldo Lissabonda otel açdı – Şəkil
17:27
479

Ronaldo Lissabonda otel açdı – Şəkil

Madrid "Real”ının futbolçusu Kriştiano Ronaldo Portuqaliyanın paytaxtı Lissabonda otel tikdirib.

7News.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, CR7 şəbəkəsinə aid olan otel 4 ulduzludur.

Portuqaliyalı futbolçu otelin açılışında təəssüratlarını bölüşüb: "Həyat təkcə futbol demək deyil. Futbol mənim ehtirasımdır, ancaq gələcəyim haqda da düşünməliyəm. Lissabonda 7 il keçirmişəm. Burada otel açmaq şansını əldən verə bilməzdim”.
 
Qeyd edək ki, Ronaldo bundan əvvəl doğulduğu Funşal şəhərində də otel açmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ