"Yuventus"un portuqaliyalı ulduzu Kriştiano Ronaldo karantin günlərində də məşqlərə ara vermir. Məşhur futbolçu özünün "İnstaqram" səhifəsində yeni video paylaşıb.
7News.Az xəbər verir ki, portuqaliyalı hücumçunun oğlu ilə birlikdə məşq etməsi diqqətdən yayınmayıb.
Ronaldo ürək sözlərini yazmağı da unutmayıb: "Ata kimi, oğul kimi. Xoşbəxtlik hər şeydən üstündür".








