AVRO-2016-nın finalında zədələnən Kriştiano Ronaldonun zədəsi ciddidir.
Portuqaliya - Fransa matçının əvvəlində Dimitri Payenin zədələdiyi ulduz futbolçunun çarpaz diz bağlarında problem var.
İlkin diaqnoza görə, Ronaldo minimum 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Beləliklə, 31 yaşlı hücumçu Avropa Superkuboku uğrunda "Sevilya" ilə keçiriləcək oyunu buraxmalı olacaq. Oyun avqustun 9-da keçiriləcək.
7News.Az








