"Real"ın hücumçusu Kriştianu Ronaldunun müalicəsi davam edir.
AVRO-2016-nın finalında zədə alan portuqaliyalı futbolçu hələ də yaşıl meydanlara qayıtmayıb. La Liqanın ilk iki turunda meydana çıxmayan Ronaldu
Portuqaliyanın Cəbəlüttariqə qarşı keçirdiyi yoxlama görüşündə də forma geyməyib.
Bu gün portuqaliyalı futbolçu sosial şəbəkədə məşq edərkən çəkilmiş fotosunu yayıb. Fotonun yanında isə "Tezliklə qayıdıram" sözləri yer alıb. Bununla ulduz futbolçu qısa müddətdə meydana qayıdacağına işarə vurub.
7News.Az








