"Yuvestus"unun futbolçusu Kriştiano Ronaldo komandası ilə birgə nahar yeməyinə qatılmayıb.
7News.Az xəbər verir ki, portuqaliyalı hücumçunun komanda yoldaşı Miralem Pyaniçin şəxsi "Instagram" hesabında səhər yeməyindən paylaşdığı şəkildə o görüntülənməyib.
İtaliya mətbuatı 33 yaşlı futbolçunun komanda yoldaşları ilə yaxşı münasibətdə olmadığını yazır. Bu səbəbdən ulduzun nahara qatılmadığı deyilir.









