"Real"ın futbolçusu Kriştiano Ronaldo zədəsinin son durumu haqda açıqlama verib.
7News.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə ilk matçdan (0:0) sonra zədəsi ilə bağlı bunları bildirib:
"Zədəm hələ də sağalmayıb. Gəlin, növbəti oyunu gözləyək. Əgər bu gün Çempionlar Liqasının finalı olsaydı, o zaman zədəyə baxmayaraq, meydana çıxardım”.
Qeyd edək ki, K.Ronaldo zədəli olduğu üçün "Mançester Siti" ilə ilk oyunu buraxıb. Onun cavab qarşılaşmasında iştirak edib-etməyəcəyi dəqiqləşməyib.








