RU
Ronaldonu harda və necə gizlədirlər?
15:26
1215

Ronaldonu harda və necə gizlədirlər?

Bu gün “Avro-2016”da ilk oyununa çıxacaq Portuqaliya millisi ilə bağlı maraqlı görüntülər ortaya çıxıb.

7News.az-ın xəbərinə görə, Rusiyanın “Moskovski komsomolets” qəzeti yazıb ki, heyətində Kriştiano Ronaldo kimi ulduzu olan komanda Paris yaxınlığında Milli Reqbi Mərkəzinin iki mərtəbəli binasında qalır.

Qəzet yazır ki, bu bina ilk baxışda Sovet dövrünün pansionatını və ya pioner düşərgəsini xatırladır.

Qeyd olunur ki, burada Portuqaliya millisi xüsusi nəzərətdə saxlanılır. Millinin açıq məşqi istisna olmaqda, futbolçular media və azarkeşlərdən gizlədilir. Bunun üçün baza yaxınlığında göy rəngdə hasar da çəkilib.

Bütün bunlara baxmayaraq, hər gün yüzlərlə portuqaliyalı azarkeşin Parisdə 30 km. uzaqlıqda yerləşən qəsəbəyə gedərək milli komandalarını görmək istədiyi bildirilir.

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ