Fransa milli komandasının futbolçusu Dimitri Payet Avropa çempionatının finalında Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonu zədələmək niyyətində olmadığını açıqlayıb.
Payet 8-ci dəqiqədə Ronaldoya xəsarət yetirdiyi anı oyun epizodu kimi dəyərləndirib.
"Mən topu özümə qaytardım. Onu zədələmək fikrində deyildim. Meydanda pis oğlan rolunu oynamaq mənim təbiətimdə deyil. Buna heç kimin şübhəsi ola bilməz. Adi oyun epizodu idi, vəssalam" -deyə 29 yaşlı yarımmüdafiəçi bildirib.
Qeyd edək ki, Dimitri Payet Kriştiano Ronaldo ilə toqquşmasından sonra bir neçə saat ərzində sosial şəbəkələrdə ünvanına portuqaliyalı forvardın tərəfdarlarından 100 mindən çox təhqir və hədə alıb.








