"Der Spiegel” nəşri hadisəylə bağlı araşdırmasının ilk hissəsini 14 aprel tarixində yaymışdı. Nəşrin iddiasına görə, hadisə 2009-cu il 13 iyun tarixində Ronaldunun ailəsi ilə birlikdə Las-Vegasda istirahət etdiyi vaxt baş verib. Futbolçunu 20 yaşlı qızı zorlamaqda ittiham ediblər. Nəşr yazır ki, 12 yanvar 2010-cu il tarixində futbolçunun vəkili qızın təcavüz barədə polisə müraciət etməməsi müqabilində ona 375 min dollar ödəyib. Futbolçu bu iddiaları "jurnalistikanın fantaziyası” adlandırmışdı.//AzNews.az 

7News.az