RU
Ronaldonun anası oğlunu incitdiklər üçün fransızlara hirslənib
22:00
1354

Ronaldonun anası oğlunu incitdiklər üçün fransızlara hirslənib

Portuqaliya yığma komandasının ulduz oyunçusu Ronaldonun anası Dolores Aveyro fransızlara bərk qəzəblənib.

Buna səbəb Portuqaliya-Fransa matçında Ronaldonun yıxılaraq ayağını əzməsi olub.

Xanım Aveyro sosial şəbəkəsindəki səhifəsində belə yazıb: Futbol oynamaq üçündür, rəqibləri yaralayıb sıradan çıxarmaq üçün deyil.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının final oyunu Portuqaliya və Fransa komandaları arasında keçirilib. 25-ci dəqiqədə zədələnən Ronaldo oyunu yarımçıq buraxmağa məcbur olub və hətta meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

Dolores xanımı nə qınayaq. Ana ürəyidir. Dözməyib./olke.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ