"Yuventus”un portuqaliyalı legioneri Kriştianu Ronalduzorlama ittihamlarına münasibət bildirib.
7News.Az xəbər verir ki, futbolçu Instagram-da canlı yayımda ABŞ vətəndaşı Ketrin Mayorqanın iddialarını yalan adlandırıb.
O, həmin adamı zorlamadığını bildirib.
"O qadın adımdan istifadə edərək məşhurlaşmaq istəyir. Belə hallar işimin bir hissədir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, K. Mayorqa 2009-cu ildə Las-Veqasda Ronaldu tərəfindən zorlandığını iddia edir.
7News.Az








