Rusiya-Afrika Forumunda Rusiyanın "Rosatom” Dövlət Nüvə Enerjisi Korporasiyası ilə Mərakeş arasında dəniz suyunun duzsuzlaşdırılmasına dair saziş imzalanıb.
7NEWS.az xəbər verir ki, Rusiya-Afrika Forumunda Mərakeşin "Water and Energy Solutions” şirkəti ilə "Rosatom"un çətiri altında fəaliyyət göstərən "Rusatom Infrastructure Solutions” arasında anlaşma memorandumu imzalanıb. Bu sənədə əsasən, hər iki tərəf dəniz suyunun duzsuzlaşdırılması və suyun təmizlənməsi sahəsində layihələrin həyata keçirilməsində əməkdaşlıq edəcək.
7NEWS.az








