RU
13:49
25

"Roşka"nın məhkəməsi növbəti dəfə təxirə salınıb

"TikTok"da "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən proses başlasa da, təxirə salınıb.

Buna səbəb kimi təqsirləndirilənin vəkili Mircəlal Muradlının məhkəməyə təqdim etdiyi videogöruntülərin ekspertiza mərkəzinə göndərilməsi, lakin ekspertizanın yekun rəyinin məhkəmə işinə daxil edilməməsi göstərilib.

Bu səbəbdən məhkəmə aprelin 7-dək təxirə salınıb.

Xatırladaq ki, Rövşən Süleymanov keçən ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ