"Ukrayna 2014-cü ildən NATO-dan peyk görüntülərini alır".
Bunu "Roskosmos”un baş direktoru Dmitri Roqozin öz Telegram kanalında yazıb:
"Cənablar, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 2014-cü ilin yazın sonundan o cümlədən ABŞ və Avropa İttifaqı daxil olmaqla NATO-ya üzv ölkələrdən Yerin məsafədən zondlanmasının orbital qruplaşması üçün lazım olan bütün peyk dəstəyini alır”, - deyə Roqozin bildirib.
Qeyd edək ki, Bloomberg xəbər agentliyi mənbələrə istinadən Avropa İttifaqının Kiyevlə məxfi məlumatların, o cümlədən peyk görüntülərinin verilməsinə dair sazişi təsdiqlədiyi barədə xəbər yayıb.
7NEWS.Az








