RU
Rostov “Vaqner”in nəzarətinə keçdi: Voronejdəki qızğın döyüşlərin izləri - YENİLƏNİB + VİDEO
10:20
41

Rostov “Vaqner”in nəzarətinə keçdi: Voronejdəki qızğın döyüşlərin izləri - YENİLƏNİB + VİDEO

Voronej yaxınlığındakı döyüşlərin izlərini əks etdirən kadrlar yayımlanıb.

Bu barədə sosial şəbəkənin Rusiya seqmentində videolar paylaşılıb.

Paylaşımlarda vurulan texnikalar əks olunub. Həmçinin Rusiya ordusunun daha bir helikopterinin "Vaqner” tərəfindən məhv edilməsinə dair xəbərlər yayılır.

Həmin kadrları təqdim edirik:

07:10

Rusiyanın Rostov şəhərinin "Vaqner” döyüşçüləri tərəfindən ələ keçirdiyi iddia olunur.

Bununla bağlı sosial şəbəkənin Rusiya seqmentində çox sayda kadrlar yayımlanıb.

Şəhərdə döyüşlərin baş vermədiyi bildirilir. Hazırda Cənub Hərbi Dairəsinin qərargahının, Budennovsk  polis şöbəsinin, DİN Baş İdarəsinin, FTX binasının, Rostov administrasiyasının binasının mühasirəyə alındığı vurğulanır.

Rostov meri şəhər əhalisini zərurət olmadığı halda evlərini tərk etməməyə çağırıb.

Sosial şəbəkələrdə yayılan bir digər rəsmi təsdiqini tapmamış xəbərdə isə hazırda Voronej vilayətində qızğın döyüşlərin getdiyi vurğulanır.

 7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ