Rusiya çempionatında çıxış edən futbolçular arasında koronavirusa yoluxanların sayı sürətlə artır.
7News.Az xəbər verir ki, "Rostov” klubunun 6 futbolçusunda koronavirus aşkarlanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Test nəticələri pozitiv çıxan futbolçuların Roman Yeremenko, Dennis Xadjikaduniç, Xoren Bayramyan, Matias Normann, İvelin Popov və Arseniy Loqaşov olduğu bildirilir.
Qeyd edək ki, koronavirusa yoluxan futbolçuların hamısı əsas heyətin üzvləridir.








