Müğənni Roza Zərgərli "Sən tək deyilsən" verilişinə müraciət edib.
Aparıcı Xoşqədəm Hidayətqızı "Roza Zərgərli oğlunun atasını axtarmaq üçün bizə müraciət edib" deyə açıqlama verib.
R.Zərgərli məsələ ilə bağlı bunları deyib:
"Əslində, doğma oğlum deyil. Ailəmizə yaxın olan bir insandır. O, uşağı doğma oğlanlarımdan ayırmıram. Ona görə də "oğlum" deyirəm.
Onun atasını tapmaq istəyirəm. Əgər tapılsa, o oğlanın kimliyini və mənim həyatımda hansı rolu oynadığını açıqlayacam. O insan 21 ildir yoxdur".
7news.az








