RU
Rubio və Heqset
16:00
113

Rubio və Heqset "ABŞ kəşfiyyat məlumatlarının sızmasını" təkzib ediblər

ABŞ Prezidenti Donald Trampdan sonra ölkənin müdafiə naziri və dövlət katibi də İranın nüvə obyektlərinə endirilən zərbələr nəticəsində dəyən ziyanın böyük olmaması barədə bəyanatları təkzib ediblər.

7News.Az "Sky news”a istinadən xəbər verir ki, nazirlər bunu Haaqada keçirilən NATO sammiti çərçivəsində bildiriblər.

"Ağ Ev dağıntıları orta səviyyədən ağır səviyyəyə qədər qiymətləndirir, bununla belə, daha çox ehtimal var ki, onlar ağır olub və obyektlər məhv edilib", - Pentaqon rəhbəri Pit Heqset vurğulayıb.

O həmçinin qeyd edib ki, Federal Təhqiqat Bürosu məlumatların sızması ilə bağlı araşdırma aparır.

Öz növbəsində, dövlət katibi Marko Rubio bildirib ki, dərc olunan başlıqlar hesabatın məzmununa deyil, mənbənin sözlərinə əsaslanır.

"Biz hətta ABŞ HHQ-nin zərbəsinə məruz qalan obyektin harada olduğunu tapa bilmirik. O, tamamilə məhv edilib", - o əlavə edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ