Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov sentyabrın 26-da keçirimiş referendumla bağlı sualları cavablandırıb.
- Rufiz müəllim,
siz referendum prosesində aktiv iştirak etmisiniz. Referendum üzrə "Vətəndaş Cəmiyyəti”
Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi olmuşunuz. Sizcə, ümumxalq səsverməsinə
hazırlıq prosesi necə keçdi?
- Konstitusiyaya Prezident İlham Əliyevin təşəbbüsü ilə əlavə və dəyişikliklərin
edilməsi ilə əlaqədar ölkə üzrə aparılan kampaniyada vətəndaş cəmiyyətinin təmsilçisi
olaraq yaxından iştirak etmişik. Bakı şəhəri də daxil olmaqla, respublikanın
bütün ərazilərində vətəndaşlarla görüşüb, konstitusiya islahatlarının əhəmiyyətini
izah etmişik. Keçirdiyimiz görüşlər, müşahidələrimiz göstərir ki, Azərbaycan
xalqı referendumu birmənalı şəkildə dəstəklədi. Səsvermə günü yüksək seçici fəallığı
oldu. Həm Mərkəzi Seçki Komissiyasının, həm "Exit Poll” keçirən təşkilatların,
seçkiləri izləyən yerli və xarici müşahidəçilərin məlumatlarına əsaslanaraq səsvermənin
şəffaf keçirildiyini sözyləmək olar. Səsvermədə seçicilərin 70 faizinin iştirak
etməsi, seçicilərin 90 faizdən çoxunun dəyişiklikləri dəstəkləməsi Prezidentin
irəli sürdüyü təşəbbüsün Azərbaycan xalqının iradəsini əks etdirdiyini, xalqımızın
demokratik inkişaf yolunda yeni və diqqətəlayiq addım atdığını göstərir. Biz
seçicilərlə görüşdə konstitusiya islahatlarının əsas məğzini, dəyişiklik
olunacaq detalları onların diqqətinə çatdıra bildik. Düşünürəm ki, referendum
seçki kampaniyası zamanı bizim zəhmətimiz nəticəsiz qalmadı, məqsədimizə nail
ola bildik. Aparılan geniş kampaniya nəticəsində əhali sentyabrın 26-da səsvermə
məntəqələrinə gələrkən Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin
mahiyyəti barədə artıq bilgili idi. İnsanlar bu dəyişikliklərin ölkəmizin
gələcəyi üçün nə qədər əhəmiyyət kəsb etdiyini bilirdilər. Xalq həmin gün
sosial-iqtisadi inkişafın davamlılığına, siyasi və inzibati sistemin təkmilləşməsinə,
müstəqqilliyin, təhlükəsizliyin daha da möhkəmlənməsinə səs verdi.
-Referendumdan sonra
ölkədə ciddi islahatların aparılacağı qeyd olunur. Sizcə bu islahatlar nədən
ibarət olacaq?
Bu barədə hakimiyyət nümayəndələri açıq danışıblar və xalqa kifayət qədər dolğun
məlumatlar veriblər. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Cənab Əli Həsənovun qeyd etdiyi kimi, referendumdan sonra Azərbaycanda
ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb. Təsadüfi deyil ki,
Prezident İlham Əliyev 2016-cı ili ölkədə "İslahatlar ili" elan
edib. Post-neft dövrünə hazırlaşan Azərbaycan operativ, çevik islahatlar
həyata keçirməkdədir. Bu istiqamətdə bütün imkanlardan, həm inzibati, həm
iqtisadi, həm də insan resurslarından istifadə olunur. Biz yaxın gələcəkdə
ciddi islahatların və onun müsbət nəticələrinin şahidi olacağıq. Referendum
siyasi sistemdə və idarəetmə praktikasında əhəmiyyətli dəyişikliklər yaradacaq.
Ən əsası və xalqın əsas istəyi olan ictimai-siyasi sabitlik, əmin-amanlıq bundan sonra daha da güclənəcək. Dünyada baş verən hərbi, siyasi kataklizmlər fonunda Azərbaycandakı əmin-amanlığın olması və gələcəkdə də onun qorunub saxlanılması çox böyük əhəmiyyət kəsb edir. İnsanlar sabitliyin qorunub saxlanılacağına və islahatların aparılacağına əmin olduqları üçün seçkilərdə fəal iştirak etdilər. Referendum ölkəmizdə həyata keçirilməkdə olan islahatların anonsu olmaqla yanaşı, dəyişikliklər üçün hüquqi baza və siyasi alət idi.
Hesab edirəm ki, Azərbaycanda həyata keçiriləcək islahatların kökündə iqtisadi məsələlər duracaq. Yeni iqtisadi modelin yaranması, Azərbaycanın böyük iqtisadi potensialından səmərəli istifadə üçün artıq ilkin addımlar atılıb.
- Referenduma müxtəlif reaksiyalar oldu. Həm ölkə
daxilində, həm də xaricdə ümumxalq səsverməsinə fərqli münasibətlər sərgiləndi.
Sizcə, bu mövqelər nə dərəcədə ədalətli idi?
- Referenduma reaksiyalar əsasən müsbət notlar üzərində köklənmişdi.
Prezidentin təşəbbüsü ilə irəli sürülən, xalq tərəfindən dəstəklənən dəyişikliklər
beynəlxalq təşkilatlar tərəfindən normal qarşılandı. 26 sentyabrda xalqımızın
dövlət quruculuğu, demokratiya yolunda çox mühüm addım atdığını beynəlxaq
qurumlar etiraf ediblər.ABŞ Dövlət Departamenti Azərbaycandakı referendumun təhükəsizlik
sahəsində hər hansı insident olmadan keçdiyini və konstitusiya islahatlarının
dövlətimizin daxili işi olduğunu bəyan edib. Yuxarlda qeyd etdiyim ki, xarici
müşahidəçilər də seçkilərin şəffaf və ədalətli keçdiyini bəyan edib. Azərbaycandakı
siyasi partiyalar da, əsasən referenduma dəstəklərini ifadə ediblər.
Referendumöncəsi siyasi partiyalara aksiyalar keçirməyə hər cür şərait yaradıldı.
Amma göründüyü ki, mitinqləri olduqca sönük keçdi. Çünki xalq konstitusiya dəyişikliklərinin
vacibliyini anlayaraq islahat tərəfdarı olduğunu qətiləşdirmişdi. Hakimiyyət
tərəfindən irəli sürülən istənilən təşəbbüsə etiraz etməyə alışıb. Bəzən
etirazlar, müzakirələr konstitusiyaya edilən dəyişikliklər, mahiyyət üzrə
deyil, tamam başqa problemlər üzrə aparılırdı. Əlbəttə, bütün bunlar təəssüf
doğurur. Mən 26 sentyabrda keçirilən referendumu Azərbaycanda demokratiyanın təntənəli
qələbəsi hesab edirəm.








