RU
Ruh gəzməyə çıxdı
18:27
899

Ruh gəzməyə çıxdı

Avstraliyada baş verən paranormal hadisə geniş müzakirə obyektinə çevrilib.

Pers şəhərində müşahidə kamerasına düşən görüntülərdə avtomobillərin yaxınlığında bir ruhun gəzişdiyi öz əksini tapır.

Son vaxtlar evinin yaxınlığında tez-tez anomal hadisələrlə rastlaşdığını, buna görə mənzilin önünə müşahidə kamerası yerləşdirdiyini deyən yerli sakin, lentə alınan ruh kadrlarının 100 faiz real olduğunu iddia edir. Avtomobilin arxasında bir neçə metr yeridikdən sonra gözdən itən ruh arxada bir-birindən fərqli fərziyyələr buraxıb. Görüntülərin saxta olduğunu düşünənlər az deyil, amma kadrlarda peyda olan ağ rəngli təsvirin ruh olduğuna inananlar daha çoxdur.

Qeyd edək ki, gecənin qaranlığında müşahidə kamerasına həddən artıq yaxın uçan xırda həşəratlar da hərdən görüntülərdə bu cür təsvirin formalaşmasına səbəb olur. Ruhların bu qədər aydın şəkildə insanlar arasında müşahidə olunmadığını əsas gətirənlər, bu cür görüntülərin saxta olduğunu və ya insanların zənnini yanıltdığını istisna etmir./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ