İran prezidenti Həsən Ruhani 2017-ci ildə dövlət başçısı seçkilərində iştirak etmək niyyətindədir.
7News.Az xəbər verir ki, bu barədə "Fars” agentliyinə İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib.
Fəzlinin sözlərinə görə, seçki qərargahı 2017-ci ilin yanvarında işə başlayacaq.
Nazir qeyd edib ki, namizədlərin qeydiyyatı gələn ilin 10-14 aprel tarixlərində keçiriləcək. Seçki kampaniyasına rəsmi olaraq aprelin 27-də start veriləcək və mayın 16-dək davam edəcək.
İranda prezident seçkiləri 2017-ci ilin mayın 19-na təyin edilib.








