RU
Ruhun peyda olduğu deyilən məktəbin direktoru danışdı
17:13
1540

Ruhun peyda olduğu deyilən məktəbin direktoru danışdı

Bakının Yasamal rayoundakı 286 saylı orta məktəbin direktoru məktəbdə guya əcaib məxluqun peyda olması barədə yayılan məlumatlara münasibət bildirib.

7News.az bildirir ki, məktəbin direktoru Samir Mehdizadə açıqlamasında yayılan məlumatları cəfəngiyyat adlandırıb və məktəbdə belə bir hadisənin baş vermədiyini deyib: "Məktəbdə yıxıldığı deyilən mühafizəçi 4 aydır ki, məktəbimizdə işdən çıxıb. O, artıq məktəbdə işləmir. Nə məktəbdə ruh var, nə də həmin mühafizəçini kimsə yıxıb. Yayılanlar həqiqətə uyğun deyil".

Qeyd edək ki, 286 saylı orta məktəbdə məktəbin mühafizəçisinin gecə saatlarında ruhun hücumuna məruz qalması barədə məlumatlar yayılıb./trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ