Rumıniyanın ictimai televiziyası 2007-ci ildən bəri qalmış borcları ödəyə bilmədiyindən Eurovision Mahnı Müsabiqəsindən çıxarılıb.
Avropa Yayım Birliyi (EBU) iddia edib ki, Rumıniyanın "Televiziunea Romana" (TVR) ictimai televiziyası 16 milyon İsveç frankı borcludur.
EBU Ruminiyanın gələn ay İsveçdə keçiriləcək müsabiqədən kənarlaşdırılmasından təəssüf etdiyini bildirib. Rumıniya heç bir zaman Eurovision Mahnı Müsabiqəsində qalib gəlməyib. Yalnız 2010-cu ildə üçüncü yerə çıxıb./xezerxeber
7News.Az








