Rumıniya hakimiyyəti ölkənin Kiyevdəki səfirliyini yenidən açmaq qərarına gəlib.
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku bildirib.
"Səfirliyin fəaliyyəti lazımi texniki hazırlıqlar və təhlükəsizlik tədbirləri tamamlandıqdan sonra ən qısa zamanda bərpa olunacaq", - nazir qeyd edib.
Ukrayna Xarici İşlər Nazirliyi xəbər verir ki, indiyədək Kiyevdə 17 diplomatik nümayəndəlik öz işini bərpa edib.
7NEWS.Az







