Paytaxt Buxarestdəki apellyasiya məhkəməsi bazar ertəsi saxlanılan Tate qardaşlarının İngiltərəyə ekstradisiyası üçün Rumıniyada məhkəmə prosesinin tamamlanmasını gözləməyə qərar verib.
7NEWS.az xəbər verir ki, "Reuters”in məlumatına görə, apellyasiya məhkəməsi dünən Tate və qardaşı Tristanın həbsdən dərhal azad edilməsinə qərar verib. İngiltərədə çıxarılan həbs qərarına əsasən Tate qardaşları 24 saat saxlanılıb. Məhkəmə işlə bağlı verdiyi açıqlamada iki qardaş barəsində həbs qərarının icrasına və Buxarest məhkəməsindəki cinayət işi yekunlaşana qədər onların ekstradisiyasının təxirə salınmasına qərar verib.
7NEWS.az








