Rumıniyanın "Adevarul” qəzetinin xəbərinə görə, avqustun 20-də Rumıniya və Qara dəniz səmasında NATO ölkələrindən rekord sayda kəşfiyyat təyyarəsi görünüb.
7NEWS.az xəbər verir ki, hərbi mənbələrə əsaslanan xəbərə görə, 2 Boeing E-3 Sentry təyyarəsi ilə yanaşı, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Lockheed EP-3E Aries II təyyarəsi Dunay Deltası və Qara dəniz üzərində saatlarla uçuş edib.
Bundan əlavə, yüzlərlə kilometr məsafədə düşmən rabitəsini bloklayan və deşifrə edə bilən sensorlar və kompüterlərlə təchiz edilmiş "Bombardier Challenger 650 ARTEMIS” təyyarəsinin də uçuş etdiyi müəyyən edilib.
7NEWS.az








