RU
Rumıniyada 150 min adam korrupsiyaya qarşı etiraz edib – VİDEO
15:14
372

Rumıniyada 150 min adam korrupsiyaya qarşı etiraz edib – VİDEO

Rumıniyada 200 min leydən çox (47,5 min dollar) zərərin dəydiyi korrupsiya işi üzrə məsuliyyət daşıyan məmurların cinayət məsuliyyətindən azad edilməsi haqqında ölkə hökumətinin qərarına etiraz olaraq 230 mindən çox vətəndaş aksiya keçirib. 

7news.Az bu barədə BBC-yə istinadən xəbər verir. 

Hakimiyyət həmçinin beş ildən az müddətə həbs cəzası almış məhkumların amnistiyasını planlaşdırır. 

Buxarestdə fevral ayının 2-də axşam etiraz aksiyasında iştirak edənlərin sayı 130-150 min nəfərə çatıb. Ölkənin digər şəhərlərində isə 100-150 min insan küçəyə çıxıb. 

Paytaxtda etirazlar dinc başa çatıb. Amma axşam saatlarında aksiya iştirakçıları dağıldıqdan sonra meydana 300 futbol azarkeşi gələrək, polislərə daş atmağa başlayıb.  

Cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edib. Hakimiyyətin məlumatına görə, iki aksiya iştirakçısı və iki polis yüngül xəsarət alıb. 

Rumıniya hakimiyyətinin korrupsiyaçılar üçün cəzanın yüngülləşdirməsi və məhkumların amnistiya etməsi həbsxanalarda sıxlığı aradan qaldıracaq. Dəyişikliklərə etiraz edənlər əfv edilənlər arasında nüfuzlu siyasətçilərin ola biləcəyini hesab edirlər. 

Əfv edilənlər arasında seçkilərdə səslərin saxtalaşdırılmasına görə məhkum edilmiş Rumıniyanın Sosial-demokrat partiyasının sədri Liviu Draqnya, eləcə də çirkli pulların yuyulması üçün 10 il həbs cəzası almış mediamaqnat Dan Voykulesku da ola bilər. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ