7News.az xəbər verir ki, Rumıniyanın 20 şəhərini, xüsusən də paytaxt Buxaresti vuran şiddətli tufanda bir nəfər həyatını itirib. Fövqəladə hallar rəsmilərinin bildirdiyinə görə, 60 şəhər və kənddə evlərə və avtomobillərə ziyan dəyib, metro stansiyaları su altında qalıb. Təkcə Buxarestdə 2000-ə yaxın yardım çağırışı daxil olub.








