Rusiyanın Rumıniyadakı səfiri Valeri Kuzmina Sibiu şəhərində qarət olunub.
7news.Az-ın TASS agentliyinə istinadla xəbərinə görə, bununla bağlı səfirlikdəki mənbə məlumat verib.
Bildirilib ki, hadisə iyunun 10-da Sibiuda keçirilən Beynəlxalq teatr festivalı çərçivəsində Novosibirskin "Krasnıy fakel” teatrında "Üç bacı” tamaşasını izlədiyi zaman baş verib. Onun cüzdanı oğurlanıb.
7news.Az








