RU
Rumıniyada təbii qaz boru kəmərində partlayış olub
15:15
32

Rumıniyada təbii qaz boru kəmərində partlayış olub


7NEWS.az xəbər verir ki, Rumıniyanın cənubundakı Vrancea bölgəsində yerli vaxtla saat 01:00-da yol işləri aparılan zaman təbii qaz boru kəmərində partlayış baş verib. Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada partlayış nəticəsində 4 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilib. Partlayış nəticəsində baş verən yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə alınarkən, yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ