7NEWS.az xəbər verir ki, Qara dəniz sahilində yerləşən Rumıniyanın ən böyük xam neft emalı zavodu Petromidiyada yanğın baş verib. Rumıniyanın Ətraf Mühit Nazirliyindən verilən açıqlamada yanğının partlayışdan sonra başladığı bildirilib.Hökumətin fövqəladə hallar bölməsi yanğının nəzarət altına alındığını və havada heç bir təhlükəli maddənin aşkar edilmədiyini bildirib. Fövqəladə hallara cavab verən sözçüsü, "yanğın artıq söndürülüb. Yenidən alovlanma riski olduğundan, personal obyekti təxliyə edir və yanğınsöndürənlər soyutma işlərini davam etdirirlər" dedi. Neft emalı zavodundan yüksələn qara tüstü kilometrlərlə uzaqdan görünsə də, yanğın zamanı tələfat və xəsarət alanlar yoxdur.
7NEWS.az








