RU
Rumıniyaya gündəlik 4 milyon kubmetr təbii qaz ixrac ediləcək
15:50
99

Rumıniyaya gündəlik 4 milyon kubmetr təbii qaz ixrac ediləcək


7NEWS.az xəbər verir ki, Rumıniyanın OMV Petrom neft şirkəti ilə ixrac müqaviləsi imzalanıb. Gündə 4 milyon kubmetrə qədər təbii qaz tədarükünü təmin edən müqavilə çərçivəsində 1 oktyabr 2023-cü il və 31 mart 2025-ci il tarixləri arasında boru kəmərləri ilə Türkiyədən Rumıniyaya təbii qaz ixrac ediləcək. Tərəflər ötürmə, saxlama, istehsal və yaşıl enerji texnologiyaları, eləcə də təbii qaz ticarəti sahələrində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ