Rusiyada Vladivostok Dumasının deputatı Andrey Qaliçkix bir qadını zorlanmadan xilas edib.
7News.Az rus KİV-nə istinadən xəbər verir ki, bu barədə deputat özü feysbuk hesabında yazıb. O, hadisənin necə baş verməsini geniş şəkildə izah edib:
"Şənbə günü kinoya getdim, daha sonra şaurma almaq üçün piyada yol getməli oldum. Bu zaman kömək istəyən bir qadının səsini eşitdim. Qaranlıq əraziyə yaxınlaşanda bir nəfərin qadını zorlamağa çalışdığını gördüm. Onu dərhal qadından ayırıb nə baş verdiyini soruşdum. Qadın qorxudan əsirdi”.
Qarşılaşdığı hadisəni izah edən deputat onu da əlavə edib ki, kişini polisə təhvil verib.








