Rusiyadakı diasporamızın tarixində mühüm bir hadisə baş verib.
Belə ki, daim yeni-yeni ilklərə imza atan Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu diasporamızın və Rusiya ictimaiyyətinin marağına səbəb olacaq yeni jurnal təsis edib. 7News.az-ın məlumatına görə "Odlar yurdu" adlanan jurnalının ilk sayı əlli səhifədən ibarətdir.
Fondun sədri Şamil Tağıyevin verdiyi məlumata görə Jurnal ayda bir dəfə çap olunacaq və diaspora nümayəndələrinə və Rusiya ictimaiyyətinə pulsuz paylanacaq.
Azərbaycan-Rusiya əlaqələri, Qarabağ həqiqətləri, diasporumuzda baş verən yeniliklər , Azərbaycanın Turizm təbliği və bu kimi digər strateji mövzular "Odlar Yurdu" jurnalının əsas tətqiqat obyekti olacaqdır.












