Rus əsgərləri gecə saat üçdə erməniləri... – 102-ci bazada DAVA
Ermənistanın Gümri şəhərində Rusiyaya məxsus 102-ci hərbi bazanın hərbi qulluqçular arasında insident baş verib.
7News.Az "news.am”-a istinadən xəbər verir ki, rusiyalı hərbiçilər bir-biri ilə dava ediblər.
Məlumata görə, hərbi bazanın yaxınlığında yaşayan sakinlər gecə saat 03:00-da Gümrü polisinə zəng vuraraq, əsgərlərin dalaşdığını və söyüşlər söydüyünü bildiriblər. Sakinlər rus əsgərlərinin onları narahat etdiyindən şikayət ediblər.
Polisin məlumatında bildirilir ki, dava bazanın artilleriya divizionunun ikinci batareyasının rabitəçisi, 21 yaşlı Vladilav Romadinlə bazanın sürücüsü, 20 yaşlı Dmitri Krasnin arasında olub.