Rusiyaya məxsus “Su-24” bombardmançı təyyarənin vurulmasından sonra Rusiya Silahlı Qüvvələrinin baş qərargahı Suriyada aviasiya bazasının təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlər planı hazırlayıb.
7news.az ans press-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı qüvvələrinin Baş Qərargahının əsas operativ idarəsinin başçısı general-leytenant Sergey Rudskoy açıqlama verib.
Generalın sözlərinə görə, bundan sonra döyüş tapşırığını yerinə yetirən bombardmançıları havada qırıcı təyyarələr dənizdə isə kreyser müşaiyət edəcək.
“Birincisi, aviasiyanın bütün hərəkətləri yalnız qırıcıların müşaiyəti altında həyata keçiriləcək. İkincisi, hava hücumuna qarşı müdafiənin gücləndirilməsi üzrə əlavə tədbir görüləcək. Bu məqsədlə "Fort" Hava Hücumundan Müdafiə sistemiylə təchiz edilmiş, analoji S-300, "Moskva" kreyseri Latakiya sahilboyunda yerləşdiriləcək.
Xəbərdarlıq edirik ki, bizim üçün potensial təhlükə kəsb edən bütün hədəflər məhv ediləcək. Üçüncüsü, Türkiyə ilə hərbi əlaqələr dayandırılacaq”, - deyə Rudskoy bildirib.
7news.az








