Rusiyanın Türkiyəyə qarşı yeganə vasitəsi nüvə silahıdır.
Bu sözləri rusiyalı publisist, jurnalist və psixologiya elmləri namizədi Leonid Radzixovski bildirib.
"Rusiyanın Türkiyəyə qarşı yeganə vasitəsi nüvə silahıdır. Nüvə silahının Türkiyəyə qarşı tətbiqi dünya müharibəsinin başlanması deməkdir. Bu, bütün bəşəriyyətin məhvinə gətirib çıxaracaq və yaxud da ən azından Rusiya yox olacaq. Belə olsa, bu özü intihar etməkdir", - Radzixovski qeyd edib.
Rusiyalı publisistin fikrincə, bütün bu amilləri nəzər aldıqda Rusiya və Türkiyənin müharibəyə başlaması çox çətin məsələdir./axar.az
7news.Az








