Noyabrın 24-də Türkiyə-Suriya sərhədində vurulan "Su-24" təyyarəsinin pilotunun cəsədi Suriyadan Türkiyəyə gətirilib.
Bunu Türkiyənin baş naziri Əhməd Davutoğlu Brusseldə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, pilotin cəsədi Bakı saatı ilə 03.00-da artıq Türkiyənin Hatay vilayətinin ərazisində olub və qısa zamanda Rusiyaya təhvil veriləcək.
Davutoğlu bir daha bəyan edib ki, rəsmi Ankara Moskva ilə münasibətlərin gərginləşməsində maraqlı deyil./report
7news.az








