Suriyanın Hələb şəhərində gedən müharibələrdə rus polkovnik öldürülüb.
7News.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Lenta.ru saytına verdiyi açıqlamada Polkovnik Ruslan Qalitskiyin bir müddət öncə Hələbə göndərildiyi, Hələbin qərbində Əsəd əleyhdarları ilə qarşıdurmalar zamanı ağır yaralandığı və çərşənbə axşamı müalicə aldığı xəstəxanada həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, son bir neçə gündür ki, Hələbdə vəziyyət daha da gərginləşib. Müxaliflər əldə etdiyi Suriya torpaqlarının 70 faizini itirib.








