7News.Az xəbər verir ki, casusluqda ittiham edilən Butina okeanın o tərəfində çox pis münasibətlə qarşılaşdığını danışıb. Onun dediyinə görə, həbsinin ilk günündə uzun müddət su içmək imkanından məhrum olub.
"Əsl işgəncə idi. 22-23 saat təkadamlıq kamerada saxlayırdılar. İlk vaxtlar Vaşinqtonda saxlanılanda hər yerdə tarakanlar gəzişirdilər”, - Mariya belə deyib.
Rus fəal həbsxanada Tanrının sayəsində ayaqda qaldığını bildirir. "Həmişə yanımdaydı”, - söyləyir.
Butinanı Rusiyada təmtəraqla qarşılayıblar. Kremlin rəsmi sözçüsü Mariya Zaxarova şəxsən hava limanına gəlib. Butina atasına bir daha ABŞ-a getməyəcəyi ilə bağlı söz verdiyini deyib.
7News.Az








