RU
Rus şirkəti zəlzələ qurbanları üçün 1 milyon dollar yardım edəcək
14:04
48

Rus şirkəti zəlzələ qurbanları üçün 1 milyon dollar yardım edəcək


Rusiyanın ən böyük neft-kimya şirkəti SİBUR-un Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşlara 1 milyon dollar yardım edəcəyi açıqlanıb. 

7NEWS.az xəbər verir ki, Türkiyədə də fəaliyyət göstərən SİBUR-dan verilən yazılı açıqlamada şirkətin Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım etmək qərarına gəldiyi bildirilib. Açıqlamada yardım çərçivəsində 1 milyon dollar ianə edəcəyi, şirkətin fevral-mart aylarında Türkiyədə satılan hər ton məhsuldan 5 dollar ianə edəcəyi bildirilib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ