RU
Rus siyasətçi: “Tramp rus təyyarələrini vuracaq”
15:02
493

Rus siyasətçi: “Tramp rus təyyarələrini vuracaq”

ABŞ-ın yeni prezidenti Donald Trampa özünü sübut etmək üçün xarici siyasətdə parlaq hərbi qələbə lazımdır.

 

7News.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində Rusiya Dumasının eks-deputatı İlya Ponomaryov söyləyib. Onun sözlərinə görə, bu, Rusiya üçün böyük problemə çevrilə bilər:

 

"Trampın şüarı "Amerikanı yenidən böyük edək”dir. Bu cür insanlar böyüklüyü başqalarının üzərində hökmranlıqda görürlər. Buna görə də o, mütləq gücünü göstərəcək. Onun kimisə məğlub etməsi lazımdır. Belə qələbə dünyanın istənilən yerində ola bilər. Daha real variant kimi Suriyanı götürmək olar. Bunun üçün o, Suriyada rus təyyarələrini vurmalı olacaq. Əgər belə etməsə, qalib olmayacaq”. 

 
7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ