RU
Rus sülhməramlıları Qarabağda qəzaya düşdü, ölən var - Fotolar
10:40
282

Rus sülhməramlıları Qarabağda qəzaya düşdü, ölən var - Fotolar

Dağlıq Qarabağda rus sülhməramlılarının avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

 "Sputnik Armenia” məlumat yayıb.

Avtoqəza Xankəndi-Əsgəran avtomobil yolunun 4-cü km-də qeydə alınıb. Məlumata görə, "Suzuki Vitara” markalı avtomobil yoldan çıxaraq Rusiya sülhməramlı qüvvələrinə məxsus "Ural” markalı avtomobillə toqquşub. Nəticədə "Suzuki”nin sürücüsü və sərnişini hadisə yerində ölüb. Onların şəxsiyyətləri araşdırılır.

Yol qəzasının əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi deyilir. Bölgədə qatı duman, yağış və qar yolları görünməz edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ