RU
Rus təyyarəsinin qalığından uşaq meyiti tapıldı
22:36
805

Rus təyyarəsinin qalığından uşaq meyiti tapıldı

Misirin Sinay yarımadasında oktyabrın 31-də qəzaya uğramış Rusiyaya məxsus A321 sərnişin təyyarəsinin füzelyajının tədqiqi zamanı uşaq meyiti tapılıb.

7news.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın yanğın xilasedici qüvvələri və hərbi birləşmələri departamentinin direktoru Aleksandr Aqafonov bildirib.

“Təyyarənin füzelyajının burun hissəsinin əlavə tədqiqi zamanı FHN-nin xilasediciləri hidravlik alətin köməyi ilə uşağa məxsusluğu ehtimal edilən cəsəd və həlak olanların meyitlərinin hissələrini aşkar ediblər” – bildirib.

Onun sözlərinə görə, təyyarənin həmin hissəsi əvvəl tədqiq edilməyib, çünki onun üzərində misirli ekspertlər işləyib.

Qəzaya uğrayan avialaynerin göyərtəsində 7-si ekipaj üzvü, 17-si uşaq olmaqla 224 nəfər olub. Onların hamısı həlak olub. Faciəyə terror aktının səbəb olduğu istisna edilmir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ