RU
Rus zabit azərbaycanlının kafesində yıxıldı: komaya düşdü
15:06
336

Rus zabit azərbaycanlının kafesində yıxıldı: komaya düşdü

Rusiyanın Krasone Selo şəhərində Müdafiə Nazirliyinin zabiti başından yaralanıb və komaya düşüb. Hadisə martın 12-də gecə baş verib və 37 yaşlı hərbçi 26 saylı şəhər xəstəxanasına aparılıb.

7News.az xəbər verir ki, reanimasiyaya yerləşdirilən yaralının açıq kəllə-beyin travması alıb və kəllə sınıqları aldığı bildirilir. Yaralı neyrocərrahi əməliyyat olunub və kəllədaxili hematoma götürülüb.

Kapitanın 31 yaşlı xanımının sözlərinə görə, həyat yoldaşı martın 11-i axşam dostu ilə birlikdə 1 May küçəsində yerləşən kafeyə gedib. Gecəyarıya yaxın zabit arvadına zəng vurub və bildirib ki, evə qayıdır. Bundan sonra qadın 9 dəfə ərin nömrəsini yığsa da, telefonu heç kim götürməyib. Sonra dostu özü qadına zəng edib və ərinin təcili yardım tərəfindən xəstəxanaya aparıldığını deyib. O, həmçinin əlavə edib ki, zabiti guya kafenin keşikçisi vurub və o da asfalta yıxılıb.

Təcili yardım həkimi isə bildirib ki, o gələrkın yaralı yerə yıxılmış və huşsuz vəziyyətdə olub. Ətrafına isə 8 sərxoş insan yığışıb.

Kafenin sahibi, 49 yaşlı azərbaycanlı isə qəti şəkildə itələmə ehtimalını rədd edib və bildirib ki, sərxoş özü eyvandan yıxılıb. Qeyd edib ki, zabit sərxoş olduğundan qeyri-adekvat hərəkətlər edib.//virtualaz.org

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ